Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib? -MƏHKƏMƏ

   Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. 
Yenixeber.org: Xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. 
Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Cəmilə Abbasova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Xumar Mərdanovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 
"Real Hospital" 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl "Real" Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra "Real" Tibb Mərkəzi "Real Hospital"a çevrilib. 
Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur. 
Razim Məmmədov təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun və Sumqayıt "Univermaq Zaman" kimi tanına iş adamı Zaman İsgəndərovun bacısı oğludur. 
Xəstəxanaya hazırda 1 saylı doğum evinin keçmiş baş həkimi, Zaman İsgəndərovun qızı Sevda İsgəndərovanın nəzarət etdiyi iddia olunur.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam