Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

D vitamini çatışmazlığı insanlarda bu riski artıra biləcək

 

D vitamini çatışmazlığı açıq dərili insanlarda demensiya riskini 25% artıra bilər.

Yenixeber.org-un məlumatına görə, bunu “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər 55-69 yaş arası 270 min insanın 12-17 il ərzində toplanmış tibbi məlumatlarını təhlil ediblər. Onların 20%-ə qədəri müntəzəm olaraq D vitamini əlavələri qəbul etdiyini bildirib.

Əlavə təhlillər göstərib ki, D vitamini çatışmazlığı olan 19-25% insanda ümumi demensiya riski (Altsheymer xəstəliyi və ya damar demensiyası daxil olmaqla) daha yüksəkdir.

Demensiya beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Xəstəliyin simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir, bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir.

Bugün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq, mübahisəsiz məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam