Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vüqar Qurbanovun korrupsioner komandası: mənimsəmədə ittiham olunan Güllü İbadova yüksək vəzifəyə təyin edilib -NONSES

Vüqar Qurbanov xəstəxanaları “cinayətkar yuvası”na çevirib? Barəsində  cinayət işi açılmış Güllü İbadova TƏBİB sədri tərəfindən yüksək vəzifəyə  təyin edilib | RealMedia.az
Yenixeber.org: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov tərəfindən 2023-cü ilin noyabr ayında Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin edilən Güllü İbadovanın işə çıxmadığı deyilir. Güllü İbadovanın işə çıxmamasının səbəbi açıqlanmır.

Məlumat olaraq bildiririk ki, Güllü İbadova 2017-2020-ci illər ərzində Laçın Rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsində çalışarkən ştat cədvəllərində saxtakarlıqlar edərək israf etmə yolu ilə 17.575,92 manat məbləğində dövlət vəsatini mənimsəməkdə ittiham edilirdi. Buna görə sabiq baş direktora Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayyət işi açılıb və iş məhkəməyə göndərilmişdi.

Güllü İbadova Səhiyyə Nazirliyinə 17.575,92 manat məbləğində dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat məbləği ödədikdən sonra onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilmiş, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdu. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun ötən ilin noyabr ayında Güllü İbadovanı Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmamış, korrupsiyada adı çəkilən şəxsin yüksək vəzifəyə təyin edilməsi qınanılmışdı.

“Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in İdarə Heyətinin sədrinin qərarı ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin əsasında yaradılıb. Mərkəzə Bakı şəhərində yerləşən ambulator və stasionar xidmət göstərən 105 tibb müəssisəsi daxildir. Bunlara 33 şəhər poliklinikası, 20 uşaq poliklinikası, 12 birləşmiş şəhər xəstəxanası, 5 tələbə poliklinikası, 6 qadın məsləhətxanası, 4 uşaq stomatoloji poliklinikası, 3 ədəd sağlamlıq mərkəzi, 2 ədəd müalicə-diaqnostika mərkəzi və digər tibb müəssisələri aiddir.(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam