Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azər İsmayılovu paytaxtdan kimlər uzaqlaşdırıb? -"TƏBİB" sədri postu uğrunda gizli savaş

bitmap-img6

         Abşeron RMX-nin baş direktoru Azər İsmayılov son zamanlar öz işinə könülsüz yanaşır.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə Azər İsmayılovun ruhdan düşməsinə səbəb onun əməyinin düzgün qiymətləndirilməməsidir.
"Azər İsmayılov ölkədə icbari tibbi sığorta sistemini quran şəxslərdəndir. Səhiyyə nazirliyində çox adam onu TƏBİB sədri vəzifəsinə təyinat alacağını düşünürdü. Azər İsmayılov da artıq bu qənaətdə idi ki, onu Təbib sədri və ya Səhiyyə nazirliyi sistemində daha yüksək vəzifəyə təyin edəcəklər. Azər İsmayılov Yevlax rayon mərkəzi xəstəxanasının baş direktoru vəzifəsindən Mərkəzi Klinik Xəstəxananın baş direktoru vəzifəsinə gətiriləndə hamı gözləyirdi ki, yaxın zamanda Təbib sədri təyin olunacaq. Ancaq gözləntilər baş vermədi. Azər İsmayılov nəinki yüksək vəzifəyə təyin edildi, hətta onu paytaxtdan uzaqlaşdırdılar"- deyə məlumatda vurğulanır.
Hazırda Abşeron RMX-NİN baş direktorunun kimlərinsə gizli qəzəbə tuş gəldiyi və buna görə də paytaxtdan uzaqlaşdırıldı iddia edilir:
"Azər İsmayılov Türkiyədə təhsil alıb. Həkim ailəsində böyüyüb. Tibbi sığorta sistemini yaxşı bilir. Onun ölkənin mərkəzi tibbi müəssisəsindən uzaqlaşdırılmasının arxasında güman ki, onun gizli rəqibləri dayanır. Bu gün səhiyyə sistemində çox adam Təbib sədri postuna Vüqar Qurbanovdan daha çox Azər İsmayılovun haqqının olduğunu düşünür"- deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azər İsmayılov 1982-ci ildə Naxçıvanda anadan olub. Tibb və hüquq təhsili alan A. İsmayılov bir neçə elmi məqalənin müəllifidir.(Azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam