Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sosial şəbəkələrdə şəxsi məlumatları paylaşanların natamamlıq kompleksi var -Psixoloqdan ŞOK AÇIQLAMA

 

Yəqin ki, sosial şəbəkə istifadəçiləri müşahidə edirlər: bəzən kimlərsə bu plaformalarda özünə və ailəsinə aid elə şəxsi məlumatları ictimailəşdirirlər ki, bunlar başqları tərəfindən bilinməməlidir. Əksər hallarda ailənin içində aid belə məsələlərin sosial şəbəkələrdə paylaşılması birmənalı qarşılanmır. Şəxsin özünə bildirməsələr də, arxada onu qınayır, hətta lağa qoyur, ələ salırlar.

Yenixeber.org: Tutaq ki, ər öz xanımının ad günü olduğunu Facebook-da təmtəraqla elan edir, ona bəlağətli, pafoslu təbrik yazır, hətta bununla kifayətlənməyərək, həyat yoldaşı barəsində başqalarının bilmədiyi nüansları açıqlayır. Və ya əksinə, xanım əri haqqında başqaları üçün gizli qalması vacib olan şeylərdən bəhs edir.
 
Azərbaycan Psixoloqlar Akademiyasının rəhbəri Səbinə Cəbrayılova Modern.az saytına açıqlamasında sosial şəbəkə istifadəçilərinin bu platformalarda özəl həyata dair paylaşımlarına münasibət bildirib.

“Sosial şəbəkələrdə özünə aid məlumatları paylaşan şəxslərdə natamamlıq kompleksi var. Onlar belə paylaşımlarla özlərində gördükləri və etiraf etmədikləri hansısa hissləri, kompleksləri kompensasiya edəcəklərini düşünürlər”, - S.Cəbrayılova deyib.Psixoloqun sözlərinə görə, belə insanların bir çoxu özünü başqalarından aşağı olduğunu düşünür, bununla onda yaranan emosional və psixi vəziyyətdən irəli gələrək öz şəxsi həyatına aid olan məlumatları, getdiyi yerləri, restoranları səhifəsində paylaşıb “mən bunu bacarıram”, “bunu etməyə mənim gücüm, maddi dururmum imkan verir” deməyə çalışırlar.“Əgər həmin“bacarığa” öncədən sahib olsaydı bu, onun üçün qeyri-adi davranış olmazdı. Onda  bunu belə açıq şəkildə hər kəsə göstərib özünə nədəsə “təsəlli” verməyə ehtiyac qalmazdı.

Həmin şəxslərin özlərinə aid məlumatları paylaşmaqda məqsədi həmçinin, gündəmin tələbatına uyğun olaraq müzakirə mövzusuna çevrilmək istəyidir. Digər bacarıqları və biliklərini kompleks hesab etdiklərindən, özgüvən aşağı olduğundan bu cür paylaşımları ən rahat yollardan biri olaraq seçiblər”, - Azərbaycan Psixoloqlar Akademiyasının rəhbəri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam