Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir Sahil Babayev keçmiş rəislər üçün əlavə ştat açıb:Sabiqlər necə və niyə müşavirə çevriliblər?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqaüdə çıxmağa yaxın olan sabiq rəislər üçün Dövlət Sosial Müdafiə Fondunda əlavə ştatlar açdırıb. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, bir müddət əvvəl nazirin müvafiq əmri ilə DSMF-nin Regionlarla İş üzrə Mərkəzi Filialı yaradılıb. DSMF İdarə Heyətinin sədri Himalay Məmişovun uzun illər köməkçisi olmuş Maqsud Həsənov isə bu Mərkəzə rəis təyin edilib. 
Regionlarla İş üzrə Mərkəzi Filialın direktor müavini vəzifəsinə isə DSMF-nin ləğv edilən Xəzər Rayon Şöbəsinin sabiq müdiri Kələntərli Elgüc Asif oğlu gətirilib. 
Ləğv edilən Sosial Müdafiə Mərkəzinin müdiri İbrahimov Çapay Bayram oğlu Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin edilib. 
DSMF-nin ləğv edilən Nərimanov Rayon Şöbəsinin sabiq müdiri Vəliyev Məzahir Abdulkərim oğlu Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin olunub. 
DSMF-nin ləğv edilən 2 saylı Xidmət Nümayəndəliyinin (Xətai rayonu) direktor müavini olmuş Möhbalıyeva Yeganə Suliddin qızı Regionlarla İş üzrə Mərkəzi Filialı direktorunun müşaviri təyin edilib. Yeganə Möhbalıyeva Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin bacısıdır. 
DSMF-nin ləğv edilən 2 saylı Xidmət Nümayəndəliyinin (Xətai rayonu) direktor müavini olmuş Novruzov Məhərrəm Dünyamalı oğlu da Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin edilib. Məhərrəm Novruzov millət vəkili Siyavuş Novruzovun qardaşıdır.
Göründüyü kimi sanki Mərkəzi Filial sabiq rəislərin və məmurların kütləvi təyinatı üçün yaradılıb. Bunun səbəb və məqsədləri isə bir çox suallar doğurur.
Qeyd edək ki, təkcə 2023-cü il üçün dövlət büdcəsində DSMF-nin gəlirləri 6,27 milyard manat təsdiq edilib. Ümumilikdə isə sosial müdafiə və sosial təminat üzrə büdcə 10 milyard manatdan artıqdır.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam