Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ilin iyulu tarixin ən isti ayı statusunu ala bilər

 2023-cü ilin iyulu planetimizdə tarixin ən isti ayı statusunu ala bilər.

Yenixeber.org: Bu barədə Avropa İttifaqının (Aİ) Yerin Müşahidə Proqramının məlumatlarında bildirilir.

“İyulun ilk 15 günü dünyada temperatur baxımından indiyə qədər qeydə alınan ən isti günlər olub. İyul tarixdə rekord ən isti ay ola bilər”, - deyə məlumatda bildirilir.

“Copernicus” iqlim müşahidələrinin rəhbəri Karlo Buontempo iyulun ümumən ilin ən isti ayı hesab olunmasına baxmayaraq, hazırda temperaturun artmasına amillərin kombinasiyasının təsir etdiyini bildirib.

“Onların arasında “El Nino effekti” (Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun isinməsidir ki, bu da iqlimə nəzərəçarpacaq dərəcədə təsir göstərir), Atlantikada istilik  və qlobal isinmə var. Yazdan bəri okeanların həddindən artıq istiləşməsi müşahidə olunur. Bu fenomenin sürəti bütün dünya alimlərini çox təəccübləndirir”, - deyə o bildirib.

Qeyd olunur ki, bu il dünyanın bir çox ölkəsində yüksək temperatur qeydə alınıb. Məsələn, bütün İspaniyada iyulun 19-da isti 45,3 dərəcə Selsi olub.  İyulun 18-də Fransa və İtaliyada da temperatur rekordları qırılıb. Orada hava müvafiq olaraq +40,6 və +42,2 dərəcəyə qədər isinib. İyulun 16-da havanın ən yüksək temperaturu +52,2 dərəcə Çində müəyyən edilib. Yerli hakimiyyət əhalini evdə qalmağa çağırıb, xüsusi texnika ilə əsas magistral yollara su səpilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam