Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanlı əsirin məktubu 18 il sonra üzə çıxdı –Qırmızı Xaç onu sağ görüb, amma...

 

Fərrux kəndi ərazisində bu günlərdə kütləvi məzarlıq aşkarlandı. Həmin insan qalıqları birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aiddir və onların kimliyi DTN analizləri ilə müəyyən ediləcək.

Yenixeber.org: Belə bir ərəfədə Ermənistanın törətmiş olduğu, habelə beynəlxalq qurumların göz yumduğu dəhşətli bir fakt üzə çıxıb.

Belə ki, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə yayılıb.

Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Ermənistanın Edili kəndində saxlanıldığını yazıb və ailəsinə onu əsirlikdən qurtamaq üçün yalvarış dolu, ürək sızladan xahiş edib.

 

Lakin belə məlum olur ki, Qırmızı Xaç həmin zaman yeri-yurdu dəqiq bəlli olan azərbaycanlının taleyinə biganə yanaşıb, Laçının geri qaytarılması üçün heç bir iş görməyib.

Əsirlikdən qayıtmış bəzi şəxslər iddia ediblər ki, Laçın Novruzov bu məktubunu yazdıqdan bir müddət sonra işgəncələrlə qətlə yetirilib. Harada basdırıldığı məlum deyil...

Amma Laçın Novruzovun taleyi haqda heç bir rəsmi məlumat verilməyib.

Bu məsələdə Qırmızı Xaçın da ciddi məsuliyyəti var.

Qurum bu məktubdan sonra dərhal hərəkətlənməli, yeri dəqiq bilinən əsirin geri qaytarılması, ən azı təhlükəsizliyi üçün Ermənistan qarşısında tələb qoymalı idi. Bunu ediblərmi? Əgər etsəydilər ən azı bir açıqlama yayardılar, ailəsinə məlumat verərdilər. Ancaq bunu etdiklərinə dair heç bir məlumat yoxdur. Ailənin sorğularına cavab da verməyiblər.

Bu məktubdan aydın olur ki, Ermənistanın girov və əsir götürdüyü 4 minə yaxın azərbaycanlıların bir çoxunu Qırmızı Xaçın əməkdaşları sağ ikən görüblər, yerini biliblər. Ancaq onların təhlükəsizliyi, geri qaytarılması üçün heç bir iş görməyiblər və nəticədə onlar ermənilər tərəfindən öldürülüb. Bu Qırmızı Xaç üçün utanc olmalıdır. Laçın Novruzovun timsalında neçə-neçə azərbaycanlının işgəncə altında öldürülüməsini görməzdən gəliblər...


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam