Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevdən -Anım Günü ilə bağlı paylaşım:

 

 

Bu gün - 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.

Yenixeber.org: Bu barədə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən Sərəncam verilməsi şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir.

Vətən müharibəsində əzmkarlıqla döyüşərək böyük qəhrəmanlıqlar göstərmiş, Azərbaycanın yenilməz Bayrağını erməni işğalından azad edilən torpaqlarımızda qürurla dalğalandırmış, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şirin canından keçmiş, xalqımıza böyük Zəfərin sevincini yaşatmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.

Onların Vətənmiz uğrunda göstərdiyi qəhrəmanlıqlar heç vaxt unudulmayacaq və əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Bütün şəhidlərimizə Uca yaradandan rəhmət diləyir, valideynlərinə, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam