Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Nar”-dan əlillərlə bağlı növbəti addım

   “Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb

Yenixeber.org: 18 fevral 2021-ci il tarixində dövlət və özəl müəssisələrin iştirakı ilə "Əlilliyi olan şəxslərin məşğulluğu: İşəgötürənlərin təcrübəsi" adlı virtual dairəvi masa keçirilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində baş tutub.

 

Əsas KSM istiqamətlərindən biri də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası olan “Nar” onlayn tədbir zamanı bu sahə üzrə mövcud təcrübəsini bölüşüb. Mobil operator tərəfindən həyata keçirilən “Təlim məktəbi” layihəsi çərçivəsində paytaxt və regionlardan olan 150-dək fiziki məhdudiyyətli şəxs peşə təlimlərini başa vurmuşdur.

 

Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və bu barədə məlumatlılığın artırılması üçün ölkədə özəl və dövlət müəssisələri arasında qabaqcıl təcrübə paylaşımını təmin etmək olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam