Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Vəziyyət nəzarət altındadır" -Nazir müavini sürüşmə zonasında (VİDEO)

"Vəziyyət nəzarət altındadır" -  Nazir müavini sürüşmə zonasında (VİDEO)
Xəbər verildiyi kimi, 28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.
Yenixeber.org: FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, ərazidə mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə bu gün səhər saatlarında nazir müavini Ragim Lətifov və Nazirliyin aidiyyəti vəzifəli şəxsləri, o cümlədən mütəxəssisləri hadisə yerində olublar.



Qeyd edək ki, sürüşmənin dünən eyni vaxtda Xəzər dənizində baş vermiş kifayət qədər güclü zəlzələ ilə əlaqədar olduğu ehtimal edilir. Sürüşmə zonasından müəyyən məsafədə yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında Nazirlik tərəfindən 3 ədəd 30 metr dərinliyində və 3,5 metr diametrində drenaj quyuları qazılıb, istinad divarlarlı çəkilərək terraslama işləri aparılıb. Bunun nəticəsi olaraq işlər başa çatmış ərazidə heç bir sürüşmə hadisəsi baş verməyib. Dünənki sürüşmə layihənin davam etdiriləcəyi ərazidə baş verib. Xatırladaq ki, layihə hələ bitmədiyindən və ərazidə stabilləşmə prosesləri baş vermədiyindən lokal sürüşmə hadisələri hələ də gözlənilir. Vəziyyət tam nəzarət altındadır.










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam