Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saakaşvili: Qarabağ Azərbaycandır!

Yenixeber.org:    Bu sözləri müsahibəsində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və "Yeni qüvvələr hərəkatı"nın lideri Mixail Saakaşvili Ermənistanın Baş naziri, Qarabağı öz ərazilərinə "daxil" edən Nikol Paşinyanın bu yaxınlarda etdiyi bəyanatı şərh edərkən deyib.

"Bir daha təkrar edirəm: bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu birincisi. İkincisi, ümid edirəm ki, Qafqazda daha bir müharibə olmayacaq", - deyə Mixail Saakaşvili qeyd edib.

Gürcüstana səfər etmək planları ilə bağlı verilən sualın cavabında Saakaşvili bildirib ki, Gürcüstanda məhz özünün 2001-ci ildə yaratdığı "Vahid Milli Hərəkat" partiyası fəaliyyət göstərir.

"Lakin siz anlamalısınız ki, hazırda Gürcüstanda normal demokratiya yoxdur. Ona görə də bu (Gürcüstana səfər – red.) elə də asan deyil. Mən məmnuniyyətlə elə indicə gedərdim. Lakin qan axıdılmasını, digər ölkələrin hərbi müdaxiləsini istəmirəm.

Mən oliqarxdan qorxmuram (Bidzin İvanişvili nəzərdə tutulur - red.). Amma bizim partiya aktiv şəkildə fəaliyyət göstərir, burada gənclər çoxdur. Biz daim əlaqə saxlayırıq", - deyə Mixail Saakaşvili vurğulayıb.

(pia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam