Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan Suriya qüvvələrinin Menbiçə girməsindən danışdı:“Ciddi bir məsələdən söhbət gedə bilməz"

“Ortada hələ ki, ciddi bir fəaliyyət yoxdur”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Bəşşar Əsədə məxsus silahlıların Suriyanın Menbiç bölgəsinə girməsi ilə bağlı sualı cavablandıran dövlət başçısı bildirib ki, bölgədə ciddi dəyişiklik yoxdur: “Suriya rejiminin Menbiçlə bağlı psoxoloji hazırlıq gördüyünü bilirik. Orada bayraq qaldırmaq istədikləri də məlumdur. Ancaq indi orada ciddi bir iş yoxdur. Bir saat əvvəl dostlarla danışdım. Ciddi bir məsələdən söhbət gedə bilməz. Sabah bizim nümayəndə heyətimiz Moskvaya gedəcək. Xarici işlər, müdafiə və kəşfiyyat üzrə nazirlərimizdən ibarət bir heyət Rusiyaya səfər edəcək. Orada bu məsələlər ətraflı müzakirə olunacaq. Bundan sonra mənim Rusiya Prezidenti Vladimir Putinlə həm telefon danışığım, həm də ya Soçi ya da Moskvaya səfərim ola bilər. Bunları çox ciddi şəkildə müzakirə etməyimiz lazımdır. Məsələ təkcə Menbiç də deyil, oradakı terror qruplaşmalarını zərərsizləşdirmək istiqamətində fəaliyyət göstərməyimizdədir. Hazırlığımızı görmüşük. Silahlı Qüvvələrimiz fəaliyyətlərini davam etdirir”.

R.T.Ərdoğanın sözlərinə görə, əsas hədəfləri terrorçu PKK/YPG-PYD qruplaşmasına lazımı dərsi verməkdir: “Bu məsələdə niyyətimiz qətidir. Suriyanın bölünməsinə qarşıyıq. Hədəfimiz oradakı terror qruplaşmalarının bölgədən çıxmasıdır. Qruplaşmalar çıxarsa, bizim orada görə biləcəyimiz bir iş yoxdur”.

Qeyd edək ki, bu gün Əsədə bağlı Suriya ordusu Menbiçə daxil olduğuna dair xəbər yayılmışdı.

Terrorçu PKK/YPG-PYD qruplaşması Suriyanın Menbiç bölgəsindən çıxacağını, həmin ərazini Bəşşar Əsəd rejiminin nəzarətinə verəcəyi barədə açıqlama yaymışdı: “Suriya hökumətini çıxdığımız bölgələri, özəlliklə Menbiçi Türkiyənin hücumlarından qorumaq üçün bu əraziyə dəvət edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam