Redaktor seçimi
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Günün xəbəri

"AKP-nin yeni qana, cana ehtiyacı var" -Binəli Yıldırım

Türkiyənin baş naziri Binəli Yıldırım CHP-nin referandumun nəticələrinin ləğvi və qarşıdakı dəyişikliklərlə ilə bağlı yeni mesajlar verib.

Yenixeber.org:  Türkiyə mediasına istinadən xəbərə görə, o, seçkinin artıq bitdiyini deyib. Əlavə edib ki, CHP-nin etirazların nə dərəcə haqlı olduğu Yüksək Seçim Kurulunun (MSK) müzakirəsindən sonra xalqa detallı açıqlanacaq:

"Seçki 51.1 faiz  "Hə", 48.9 faizlə "Yox" səsiylə yekunlaşıb, bitib. Xalqın qərarı dəqiqdir, dəyişməzdir. "Hə" və ya "Yox" deyən bütün vətəndaşlarımız və onların qərarı başımızın tacıdır. Ona görə də hesab edirəm, CHP-nin etirazı mənasızdır. Yenə də MSK bu etirazı dəyərləndirib, nəticəsini xalqla paylaşacaq".

Baş nazir bildirib ki, artıq önə baxmaq lazımdır: "Terrorla mübarizəmiz əzim və qərarlıqla sürür. Referendumla sistemdə baş verəcək dəyişikliklərinin üzərində görüləcək çox işlər var. Diqqətimizi bunlara istiqamətləndirməliyik. Bunlar ölkə məsələsidir, ona görə bütün siyasi partiyalarla görüşməyimiz gərəkdir".

Yıldırım prezident Ərdoğanın AKP-yə nə vaxt üzv olacağını da münasibət bildirib:

"Ana Yasa dəyişikliyinin 3 maddəsi dərhal qanuni qüvvəyə minib. Digər maddələr isə 2019-dakı seçkiylə qüvvəyə minəcək. O ki qaldı hörmətli prezidentimizin partiyaya üzv olmasına, bu, MSK-nın seçkinin nəticəsini rəsmən elan etməsindən sonra həyata keçiriləcək. Yəni bundan sonra prezident partiyası ilə əlaqələrini rəsmən quracaq"

Baş nazir hakim iqtidar partiyası olan AKP-nin nə vaxt qurultay keçirəcəyinin də anonsunu verib:

"Partiyamız zatən yeni qurultay prosesinə indidən başlayıb. Referendumdakı prosesdən biz də öz payımız aldıq. Düzdür, xalqın bizə güvəni davam edir. Ancaq harada bu güvəni nəyə görə itirdiyimizi dəqiq incələyəcəyik. Bu proses göstərdi ki, AKP-nin bir qan, can dəyişlikliyinə ehtiyacı var və bunu edəcəyik. Bütün bunlar 2018-ci ildə həyata keçiriləcək.  2019-un mart ayında bələdiyyə,  3 sentyabrda isə parlament və prezident seçkilərinə gedərək, sistemi tam yeniləcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam