Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni politoloq: "Qarabağda baş verənlərin arxasında Rusiya dayanır"

Erməni politoloq:

 

"Azərbaycanın ermənilərə tuşladığı hər bir güllə Rusiyanın vicdanına yazılır".

Xeberinfo.com:   Avropa.info xəbər verir ki, bunu  Ermənistan mətbuatına  erməni politoloq Ruben Meqrabyan deyib.
Onun sözlərinə görə, cəbhə xəttində gərginliyin qarşını almaq mümkün idi, lakin özünü sözdə Ermənistanın strateji müttəfiqi adlandıran Rusiyanın riyakar fəaliyyəti buna imkan verməyib.
Erməni politoloq qeyd edib ki,  Rusiya Azərbaycana çox milyardlı silah satıb və Qarabağ məsələsində Bakının mövqeyini gizli şəkildə müdafiə edir.
"Düşünürəm ki, artıq rusların erməni sevgisi barədə söylədiyi sərsəmliyin bir cavabı ola bilər – başınıza dəysin belə dostluq, sevginiz də gözünüzə girsin, yetər ki, bizim işimizə burnunuzu soxmayın. Ruslardan bir tələbimiz var – yaxamızdan əl çəkin, bizi rahat buraxın və rədd olun, cəhənnəm olun. Sizi nə görmək, nə də eşitmək istəyirik”,- deyən R. Meqrabyan Kremlə sərt sözlər ünvanlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam