Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Azadlıq-2015" seçkinin nəticələrini tanımır

 

 

Noyabrın 4-də “Azadlıq-2015” seçki bloku parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Xeberinfo.com:   Məlumata görə, tədbirdə blokun təsisçiləri olan partiyaların rəhbərləri iştirak ediblər. 
 
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, xarici və daxili faktorları nəzərə alaraq, bu seçkidə iştirak ediblər: “Bizim üçün dövlətçilik əsasdır”.
“Azadlıq-2015” seçki blokunun seçki qərargahının rəhbəri Bəybala Əbil seçki ilə bağlı qurumun rəyini açıqlayıb: “Blok 72 namizəd ürəli sürüb. Onlardan 19-u qeydə alınıb. Bir nəfər də məhkəmə vasitəsi ilə qeydə alınıb. Seçki prosesində çox sayda qanunsuzluqlar baş verdi. Namizədlərə, qohumlarına təzyiqlər oldu, buna baxmayaraq, namizədlərimiz seçkidə iştirakla bağlı cəhd göstərdilər. Blokun namizədi qeydə alınmayan 11 dairədən şikayəti oldu, biri qeydə alındı. Görünən odur ki, hakimiyyət demokratiyadan kənar, saxtakarlığın olduğu seçkinin keçirilməsinə cəhd göstərdi və daha kəskin şəkildə bu işi həyata keçirdi. Namizədlərin faktiki olaraq təşviqat apamaq imkanları yoxdur. Elə bir şərait yaradıblar ki, seçici ilə görüşməyə imkan vermirlər. Ancaq namizədlərimiz mübarizələrini apardılar, bir daha göstərdilər ki, Azərbaycanda seçki deyilən bir şey yoxdur. Seçki günü məntəqələr karbonlaşdırılmış protokolları kənarda yazdılar. Saxtakarlıq üçün çox mükəmməl bir mexanizm hazırlanmışdı. Namizədlərə qarşı, saxtakarlıq üçün, seçiciyə təzyiq üçün mükəmməl mexanizm hazırlanmışdı. Ancaq bununla belə, seçkidə iştirak çox vacib idi. Ən azı, ölkədəki vəziyyəti göstərdi. Bu barışıq addımı hakimiyyət tərəfindən normal qarşılanmadı. 

 

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam