Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“KRIMLA BAĞLI ADDIM ATMAQ HEÇ KİMİN AĞLINA GƏLMƏZDİ” - Putin Ukraynaya qarşı müharibəni niyə başladığını açıqladı

“2014-cü ildə Ukraynada dövlət çevrilişi olmasaydı, Rusiya və Krımın yenidən birləşməsi baş verməzdi”

Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın yeni tərkibi ilə görüşündə deyib.

Putin qeyd edib ki, əgər Rusiyanın Ukrayna ilə dostluq münasibətləri olsaydı, Krımla bağlı “yaşananlar baş verməzdi, yəni heç kəsin ağlına belə gəlməzdi”.

“Yaxşı, necə? Əgər orada hər şey qaydasında olsaydı və rus xalqına, rus dilinə eləcə də mədəniyyətinə normal münasibət göstərilsəydi, bu dövlət çevrilişləri olmazdı, o zaman Krımda bizim hərəkət etdiyimiz kimi davranmaq Rusiyada kiminsə ağlına gələrdi? Əlbəttə ki, yox. İnsanları bu nasist pisliyindən qorumaq lazım idi” – deyə, o, bildirib.

O, Ukraynanı qardaş ölkə adlandırıb və onun etnik tərkibinin Rusiya ilə oxşar olduğunu qeyd edib. Qeyd edib ki, Sovet dövründə Ukrayna əsasən Rusiya torpaqları hesabına formalaşıb və müasir Rusiya bununla barışıb.

"Ancaq onlar rus dilində olan hər şeyi məhv etməyə başladılar. Bunlar, əlbəttə ki, qəbuledilməzdi. Sonra elan etdilər ki, ruslar bu torpaqlarda yerli millət deyil. Bu da tam qanunsuzdu. Eyni zamanda onlar Qərbin alqış sədaları altında Donbassda rusları məhv etməyə başladılar” – deyə, Putin bildirib.

Putin Rusiyanın öz dəyərlərini, tarixini, mədəniyyətini, dilini Donbassda və Novorossiyada da qoruduğunu əlavə edib.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam