Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Professor: “İslamofobiya siyasi bir mübarizədir”

 

“İslamofobiya siyasi bir mübarizədir”.

Yenixeber.org: Bunu sosial nəzəriyyə və müstəmləkəçilik düşüncələri üzrə professor, Lids Universitetində sosiologiya və sosial siyasət məktəbinin rəhbəri Salman Sayyid Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Professor bildirib ki, bu tədbirdə iştirak edən hər kəs islamofobiyanın nə olduğunu yaxşı başa düşür:

"Anlayır ki, bu bir problemdir. İslamofobiyanın tədqiqinin 30 yaşı var. Lakin bu sahənin tədqiq edilməsi üçün qanuni şəkildə şərait yaradılmalıdır. İslamofobiya dünyanın istənilən yerində rast gəlinə bilər və bu, irqçiliyin, ayrı-seçkiliyin bir növüdür. İslamofobiya gündəlik hadisələrdən soyqırımına qədər davam edə bilər və bu təcrübələr sistemli bir hal alıb. Müsəlmanlara qarşı ayrı-seçkiliyi bir çox yerlərdə müşahidə edirik və bu hal bir çox insanın həyatında öz təzahürünü tapır. Unutmaq olmaz ki, islamofobiya gender əsaslı bir məsələdir və əsasən qadınlara yönələn bir prosesdir. Hökumətlər hansısa konkret tədbirlər gördükdə ümumi terminlərdən istifadə edirlər. Lakin hesab edirəm ki, epizodik yanaşmalarla fikirlərimizi bu məsələdən yayındırmamalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam