Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İran Azərbaycana qarşı hücumlar təşkil edə bilər” –Deputat

Yenixeber.org: Bunu “Turan”açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

O, İranın bundan heç vaxt qazanmadığını düşünür: "Vətən müharibəsi dövründə İran Ermənistana silah göndərdi və heç bir nəticə əldə edə bilmədi. Qafan-Gorus yolu vasitəsilə Azərbaycan sərhədlərini pozaraq Qarabağa yenə silah və terrorçu göndərdi, amma bu yolu da biz bağladıq. Son dəfə Qarabağa göndərdiyi 19 terrorçunun siyahısı da var bizdə. Nəticə etibarilə İran heç nə əldə edə bilməyib. Əksinə, həm beynəlxalq münasibətlər sistemində getdikcə daha çox terroru dəstəkləyən dövlət kimi özünü tanıtdı, həm də öz vətəndaşları olan 30 milyondan çox bizim soydaşlarımızın etibarını itirib".

Babaoğlunun sözlərinə görə, İran bundan o tərəfə addım atmağa cəsarət edə bilməz: "Çünki nəticə etibarilə bir suveren ölkənin hüquqlarına müdaxilə etmiş olacaq ki, Azərbaycan öz müttəfiqləri ilə birlikdə buna adekvat cavab vermək məcburiyyətində qalacaq. Azərbaycan qardaş Türkiyə ilə 2021-ci ildə Şuşa bəyannaməsini imzalayıb, eyni zamanda, Azərbaycanın çoxsaylı dost ölkələri var ki, birlikdə regionda Azərbaycan diktə edən tərəfdir".

Onun fikrincə, paralel olaraq yumşaq güc vasitəsilə İran Azərbaycanın daxili işlərə qarışmağa çalışır, buna qarşı da hazırda ölkənin hüquq-mühafizə orqanları tədbirlər görür: "Elə bir gün bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində Azərbaycan dövlətinə qarşı iş aparmağa cəhd edən bir qrup vətəndaş ifşa edildi. İran daha çox bundan sonra dinin müəyyən radikal qruplaşmaları üzərindən insanların inanclarını istismar edərək Azərbaycana qarşı hücumlar təşkil edə bilər. Amma bu, effektiv olmayacaq, çünki Azərbaycan dindarları da savadlıdır və vətənpərvərdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam