Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV İspaniyanın Ukraynaya neçə Leopard tankı təhvil verəcəyini öyrənib

 İspaniya Ukraynaya dörd-altı təmir edilmiş Leopard 2A4 tankı tədarük etməyi planlaşdırır.

“Yenixeber.org”  newdaynews.ru-ya istinadən məlumat verir ki, yekun rəqəm, qeyd edildiyi kimi, Saraqosadakı logistika bölməsinin bazasında 10 il saxlanılan 53 tankın vəziyyətindən asılı olacaq.

İspaniya Müdafiə Nazirliyi hazırda tankların təcili bərpası üçün hərbi sənaye ilə danışıqlar aparır. Məlumata görə, tankların təmiri hər vahid üçün yarım milyon avrodan çox başa gələcək və 2,5 ay çəkəcək. Bu müddət ərzində İspaniya hərbçiləri Ukrayna tankerlərinə “Leopard”dan istifadə etməyi öyrətməyi planlaşdırır. Təlim Leopard dinamik təlimçiləri olan Saraqosadakı San Gregorio Milli Təlim Mərkəzində baş tutacaq.

Döyüş tanklarından əlavə, İspaniya Müdafiə Nazirliyi Kiyevi Leopard 2A4 üçün ehtiyat hissələri dəsti ilə təmin edə bilərdi. Eyni zamanda, tankların döyüş sursatı ilə təchizatı böyük çətinliklər yaradır, çünki İspaniya onları istehsal etmir və bu halda ordu ehtiyatları açıqlanmalı idi.

Bir gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba demişdi ki, Kiyev Qərbin ilk yardım dalğası çərçivəsində 120-dən 140-dək Leopard 2, Challenger 2, M1 Abrams tankları alacaq. Onun sözlərinə görə, hazırda tank koalisiyasının 12 üzvü var.

Keçən həftə Berlin Almaniya istehsalı olan tankların Ukraynaya çatdırılmasını təsdiqlədi, bundan sonra Vaşinqton da Kiyev rejiminə ağır zirehli maşınların təhvil verilməsi planlarını təsdiqlədi. Bir sıra Aİ dövlətləri də Ukraynaya tank verməyə hazır olduqlarını bildiriblər. Söhbət Fransa, Polşa, Norveç, Slovakiyadan gedir.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam