Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pandemiya müharibəyə əngəl deyil

Pandemiya müharibəyə əngəl deyil   
Pandemiya Çinə qayıdıb. Pekinin illərdir həyata keçirdiyi “sıfır kovid siyasəti”, sərt qapanmalar nəticə vermədi.
Yenixeber.org: Çində gündə milyonlarla insan kovidə yoluxur. Yoluxma sayı o qədər artıb ki, Pekin gündəlik xəstə sayını elan etməyəcəyini açıqlayıb. Bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan kovidə yoluxub. Kovid paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb. Xəstəxanalar virusa yoluxanlarla doludur. CNN-nin xəbərlərinə görə, Çində ölənlərin sayı da artıb. Çinli virusoloqların sözlərinə görə, hazırki kovid ilkin ştamdan fərqlidir.

Politoloq Elxan Şahinoğlu deyir ki, Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri də qorxuya salıb. O, Dehli ilə Pekin arasında gərginliyin artmasına da diqqət çəkib.
- Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb. Bu arada, Çinlə Hindistan sərhəddində baş verən son insident Dehlidə ciddi müzakirələrə səbəb olub. Hindistan parlamentində keçirilən müzakirələr zamanı müxalifət “Hindistan Milli Konqresi” simasında hökumətin siyasasətini tənqid edib. Müxalifət nümayəndələrinin fikrincə, hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir. Müxalifət hökuməti Pekinlə münasibətlərə yenidən baxmağa çağırıb. Halbuki, uzun onilliklər ərzində hakimiyyətdə olan “Hindistan Milli Konqresinin” özü Çinlə sıx əlaqələrə malik idi, - ekspert qeyd edib.
Onun sözlərinə görə hökumət müxalifətin tənqidlərini qəbul etmir. Hindistan hökuməti Çinlə sərhəddə kifayət qədər böyük hərbi bölmələr yerləşdirib.

- Çin 2020-ci ildən başlayaraq Hindistanla sərhədin dağlıq hissəsinə xeyli qoşun hissəsi toplayıb. Dehli Pekinin bu siyasətini cavabsız qoymayıb. Sərhəddə vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimalı böyükdür. Kiçik toqquşma böyük müharibəyə səbəb ola bilər. Buna baxmayaraq, Çin Kommunist Partiyası ilə Hindistanın hakim “Bharata Canata” Partiyası arasında təmaslar davam edir. Hindistan müxalifətini narazı salan da budur.
Böyük dövlətlərin planlarına pandemiyanın geniş yayılması da əngəl olmur. Çinlə Hindistan arasında iki il əvvəl sərhəddə toqquşma məhz kovidin geniş yayıldığı günlərə təsadüf etmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam