Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“AZƏRBAYCAN PUTİN KABUSUNU ÖZ ÜZƏRİNDƏN ATIB” –“O, Rusiya diktaturasının gücünü dəf edə bildi”

Yenixeber.org: Bunu tanınmış rusiyalı jurnalist, sənədli filmlər rejissoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı Aleksandr Nevzorov deyib.

Nevzorov son çıxışında bildirib ki, Azərbaycan xüsusilə Putin Rusiyası ilə necə münasibətlər qurulmalı olduğuna dair çox uğurlu nümunədir: “Azərbaycan uzun müddət Putinlə “üskük oyunu” oynayıb. Putin “üskük oyunçusu” kimi Qarabağı gah bir, gah digər tərəfə təklif edir və bunu zirəklik və sədaqətə görə mükafat kimi təqdim edirdi, lakin vermirdi. Azərbaycan bu oyunu sındırdı və “üskük oyunçusu”nun keçəlinə tüpürə bildi, həmçinin, artıq Ukrynanı pulla, generatorlarla və digər bir çox şeylərlə açıq dəstəkləməyə başladı...”

Nevzorov deyib ki, onun Azərbaycan mövzusuna bu cür xüsusi diqqət yetirməsi təsadüfi deyil: “Azərbaycanın bu seçimi olduqca vacib məqamdır. Bu, o deməkdir ki, bütün sivil dünya Rusiyanın cazibə qüvvəsini yenə bilib... Ukraynalılar məndən azərbaycanlılara generatorlara və başqa yardıma görə böyük təşəkkür çatdırmağımı xahiş ediblər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam