Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“BÖYÜK TƏHLÜKƏLƏRİN QARŞISI ALINDI...” –“Bundan sonra Naxçıvan rahat nəfəs alacaq”

Yenixeber.org: BunlarıBAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclsinin sədri Vasif Talıbovun istefasına münsasibət bildirərəkən deyib. “Bundan sonra Naxçıvan rahat nəfəs alacaq, inkişaf edəcək. Naxçıvanlılar tədricən ata yurdlarına dönəcək. Naxçıvanda qanunçuluğun bərpa olunması hər bir vətəndaşın arzusu idi. Əhali inhisarçılıqdan, bir nəfərin ağlasığmaz, düşüncəsiz qərarlarından xilas olub, dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alınıb”, - partiya sədri əlavə edib.

Qüdrət Həsənquliyev hesab edir ki, V.Talıbovun istefası ilə dövlətin unitarlığı bərpa olunub. “Bundan sonra Konstitusiya islahatları olacaq, hakimiyyət bölgüsü təmin olunacaq. Hesab edirəm ki, etimaddan sui-istifadə edən, özünü toxunulmaz sayan digər yüksək vəzifəli şəxslər də bundan nəticə çıxarmalıdırlar. Onlar xalqı incitməməli, talançılıqla məşğul olmamalı, sadə insanları dövlətdən narazı salmamalıdırlar”, - millət vəkili vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam