Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Terrorçular Azərbaycana keçmək istəyərkən həbs edilib" -İranın vitse-prezidenti


Xəbər verdiyimiz kimi, 2 gün əvvəl İranın Xuzistan əyalətində terror aktı baş verib və hadisə nəticəsində 15 nəfər yaralanıb, 5 nəfər ölüb.
Yenixeber.org: Məsələ ilə bağlı açıqlama verən İranın iqtisadi məslələr üzrə vitse-prezidenti Möhsün Rezai terror aktını törədənlərdən 2-3 nəfərinin Azərbaycanla sərhəddə saxlanıldığını deyib.

Rezai İzə şəhərində terror hadisəsi zamanı ölənlərin dəfn mərasimində belə deyib:
“Bu terror hadisəsini törədənlərdən iki-üç nəfər Bakı (Azərbaycan –red.) sərhədini tərk etmək istəyərkən həbs edilib və Əhvaza gətirilib. Əmin olun ki, bu hadisədə kimin əli olubsa, onu tutub, ondan qisas alacağıq”.
Məlumat üçün bildirək ki, 1954-cü ildə Xuzistan əyalətində anadan olan Möhsün Rezai 1981-97-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı olub.
Qeyd edək ki, 2006-cı ilin noyabrında Argentina hökuməti 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində baş verən partlayışda (85 nəfər ölüb, 151 nəfər yaralanıb ) əli olmaqda şübhəli bilinərək, digər altı İran vətəndaşı ilə birlikdə Rezainin də beynəlxalq axtarışa verilməsi üçün İnterpola ərizə təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam