Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Blinken Rusiyanı niyə terrorçu dövlət elan etmir? –ABŞ siyasi elitası israr edir...

Yenixeber.org: Bu haqda “Politico” dərgisində yayılan məqalədə bildirilir.

İyulda Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Dövlət katibi Entoni Blinkenə deyib ki, əgər o, Rusiyanı terrorçuluq siyahısına salmasa, onda bunu Konqres edəcək. O vaxtdan Senat yekdilliklə qəbul etdiyi qətnamədə Blinkeni bunu həyata keçirməyə çağırıb. Daha sonra palatada hazırlanmış qanun layihəsində Rusiyanın Blinkendən yan keçərək rəsmən bu siyahıya salınması nəzərdə tutulub.

İndiyədək Departament rəsmiləri palatanın addımıyla bağlı açıq bir söz deməyib. Ancaq israrla bildiriblər ki, yekun qərarı Blinken verməlidir. Onların mövqeyincə, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar və ixrac qadağaları elə layihədə nəzərdə tutulana bərabərdir.

Məsələdən agah çoxsaylı mənbələr dərgiyə deyiblər ki, son günlər Departament rəsmiləri Konqresdəki idarələrə sözügedən qanunvericiliklə ciddi problemlərin olduğunu deyirlər.

Onların sözlərinə görə, Rusiyanın terrorçuluğa sponsorluq edən ölkə siyahısına salınması taxıl gəmilərinin Ukrayna limanlarından çıxmasını nəzərdə tutan razılaşmaya təhlükə yaradar. Bu razılaşma bir neçə aya əldə olunub, artıq gəmilər tədricən Qara Dənizdən çıxır və qlobal ərzaq böhranını səngidir. Rusiyanın ABŞ tərəfindən belə birbaşa hədəfə alınacağı halda öhdəliklərinə əməl edəcəyinə zəmanət yoxdur.

Bir məsələ də var ki, qanunu administrasiya dəstəkləməsə, palatanı xarici işlər komitəsində müzakirəyə çıxarılması alınmayacaq.

Kiyev və bir sıra Qərb ölkələri Vaşinqtonu Rusiyanın Ukraynanı işğal etməsindən dolayı onu terrorçuluğu dəstəkləyən ölkələr siyahısına salmağa çağırırlar.

İndiyədək bu siyahıya Şimali Koreya, Suriya, Kuba və İran salınıb. Siyahıdakı ölkələrə sərt sanksiyalar tətbiq olunur, ABŞ amerikalıların həmin ölkələrdə biznes aparmasını qadağan edir. Sanksiyalar nüvə materialları üzrə əməkdaşlığa da təsir göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam