“Putin noyabrda sülh müqaviləsi təklif edəcək” –“Ukraynanın iki seçimi olacaq”

Yenixeber.org: Bunları britaniyalı jurnalist Timoti Eş öz yazısında iddia edib.
Onun sözlərinə görə, Putin NATO üzərindəki təsir imkanlarından tam məhrum olmamaq üçün, Qərb və Ukraynayla danışıqlara gedəcək: "Çox güman ki, bu, qışa qədər baş verəcək. Çünki Rusiyanın hərbi potensialı xeyli tükənib və hücum tempi zəfləyib".
"Minsk-1 və Minsk-2 müqavilələrinin şərtlərlərindən fərqli olaraq, yeni saziş ya bərabərhüquqlu, ya da Ukrayna tərəfinin üstünlüyü ilə bağlanacaq. Bu, ilk növbədə, hər iki tərəfin hərbi qüdrətinin 2014-cü ildəkindən əhəmiyyətli dərəcədə fərqlənməsi ilə əlaqədardır. Hazırda Ukrayna Qərbin dəstəyi ilə lazımi silahları alıb və ümumi hərbi dinamikada üstünlüyə malikdir",- deyə o, bildirib.










AZ
RU