Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

RUSİYA DAHA BİR YÜKSƏK RÜTBƏLİ ZABİTİNİN MƏHV EDİLDİYİNİ TƏSDİQLƏDİ

Rusiya mediası bir ay əvvəl Ukraynada öldürülən rus generalı Vitali Tsikulun ölümünü təsdiqləyib və onun dəfn mərasimindən görüntülər paylaşıb. Bununla da, altı aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində öldürülən yüksək rütbəli rus zabitlərinin sayı 100-ə çatıb.

Yenixeber.org: 36 yaşlı tank komandiri, polkovnik-leytenant Vitali Tsikulun dəfn mərasimi Rusiyanın Çebarkul şəhərində yerləşən provaslav kilsəsində baş tutub.

Tsikulun Ukraynada necə həlak olduğuna dair ətraflı məlumat verilməsə də, onun ölümündən əvvəl Rusiyanın Mərkəzi Hərbi Dairəsinin 90-cı tank diviziyasında xidmət etdiyi bildirilir.

Qərb mediası yazır ki, Rusiya müharibədəki itkilərini gizlətmək üçün cəbhədə həlak olan rus hərbçilərinin cəsədlərini ailələrinə çox gec göndərməyə çalışır.

Pentaqonun yüksək rütbəli rəsmisi Colin Kahl jurnalistlərə açıqlamasında bildirib ki, 6 aya yaxındır davam edən müharibədə Rusiya 80 minə yaxın hərbçisini itirib.

C. Kahl deyib ki, Putin Ukrayna müharibəsində heç bir mqəsədini reallaşdıra bilməyib: "Rusiyanın əsas məqsədi Ukraynanı tam ələ keçirərək, Kiyev rejiminin və Ukraynanın müstəqilliyinə son qoymaqdır. Hələlilk bunların heç biri baş verməyib".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam