Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Kalın:“Qarabağ müharibəsində amerikalıların bizə dediklərinin əksini gördük”


"Qarabağ müharibəsində Azərbaycanın yanında olanda amerikalılar bizə dedilər ki, siz çox yaxşı iş görürsünüz. Amma bunun tam əksi ilə üzləşdik".

Yenixeber.org:  Xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Türkiyə hökumətinin rəsmisi qeyd edib ki, rəsmi Ankara beynəlxalq miqyasda müstəqil siyasət yürüdür: “Liviya məsələsində də belə oldu. Biz milli təhlükəsizliyimizə və maraqlarımıza toxunan məsələlərdə planlarımızı ABŞ və başqa ölkələrinin icazəsi olmadan həyata keçiririk.

Yeri gəldi, İsraillə toqquşduq. Ən böyük təzyiqi oradan görmədikmi? Onda da deyirdilər ki, iş bitib, belə edəcəklər və s. NATO üzvü kimi S-400-ləri almışıq. Bu bizim birinci seçimimiz deyildi, Türkiyə məcbur oldu. Bizim üstünlük verdiyimiz şey NATO alyansı çərçivəsində təhlükəsizlik ehtiyaclarımızı ödəmək idi. Xarici siyasətdə heç bir tərəddüd içində deyilik”.

“Bu bütün dövlətlərlə körpüləri qırmaq və hamı ilə döyüşmək demək deyil. Müəyyən məsələlərdə razılaşırsınız, onların perspektivləri dəyişir. Xarici siyasətimizdə ABŞ-ın nə deyəcəyini, Avropanın nə deyəcəyini düşünmürük. Öz maraqlarımız nəyi tələb edirsə (onu həyata keçiririk-red). Razılaşa bilsək birlikdə gedək deyirik, razılaşa bilmiriksə yolumuza gedirik", - Ərdoğanın sözçüsü vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam