Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

KİV:"Moskva-Vaşinqton münasibətlərdə istiləşmə əlamətləri var"

KİV:  "Moskva-Vaşinqton münasibətlərdə istiləşmə əlamətləri var"
   
"ABŞ və Rusiyanın xarici işlər nazirləri Entoni Blinkenlə Sergey Lavrov arasındakı danışıqlarda ultimatumların olmaması və “barışıq tonu” Moskva- Vaşinqton münasibətlərinin istiləşməsinə müəyyən qədər ümid etməyə imkan yaradır".
Yenixeber.org: Bu barədə Amerikanın “The New York Times” qəzeti yazıb.

Müəllif hesab edir ki, görüş faktının özü təmasların qurulması imkanlarından xəbər verir. Qeyd olunub ki, ABŞ dövlət katibinin Moskva ilə dialoqla bağlı mövqeyi prezident Co Baydenin fikri ilə üst-üstə düşmür: “Hər iki tərəf gərginliyi cilovlamağa, öz rolunu oynamaq üçün diplomatiyaya vaxt verməyə çalışır. Uzun danışıqlar müddəti isə iki gün əvvəl Putinin hərbi güc tətbiq etməyə hazır olduğunu düşündüyünü deyən Baydenin şərhləri ilə ziddiyyət təşkil etdi”.

Bildirilib ki, Blinkenin ABŞ-ın Rusiyaya təhlükəsizlik zəmanəti tələblərinə yazılı cavab verəcəyini açıqlaması danışıqların ən aydın və birmənalı nəticəsi idi. Nəşr ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadən yazır ki, Moskva təkliflərinə xüsusi olaraq Rusiya prezidenti üçün yazılı cavab istəyib: "Onlar hesab edirlər ki, Putin Amerikanın konkret mövqeyini öz gözləri ilə görmək istəyir".

Amerika nümayəndə heyətinin rəhbəri rusiyalı həmkarı ilə dialoqa nikbinliyini ifadə edib.

"Dövlət Departamentinin yüksək rütbəli rəsmisinin dediyinə görə, Blinken Lavrovla görüşmək üçün sahildəki otelə maşınla gedərkən Cenevrə gölündə yüksək dalğalar görüb. O, həmkarlarına görüşün suları sakitləşdirəcəyinə ümid etdiyini söyləyib", - qəzet yazıb.

Xatırladaq ki, Lavrov və Blinken arasında görüş dünən Cenevrədə baş tutub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam