Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gün Türkiyə hökuməti -Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyə hökuməti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Yenixeber.org: Beştəpə iqamətgahında baş tutacaq toplantıda ölkənin daxili və xarici siyasətinə dair məsələlər müzakirə olunacaq.

İclasda Suriya, Livya, Aralıq dənizindəki son durumla bağlı fikir mübadiləsi aparılacaq.

Türkiyə hökumətinin toplantısında həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı da gözlənilir.

Terrorla mübarizə məsələsi də Naizrlər Kabinetinin gündəmində olacaq. İclasda PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.

Türkiyə iqtisadiyyatındakı son vəziyyətin də müzakirə olunacağı toplantıda koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkədə virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün atılacaq addımlar və peyvəndlənməndəki son vəziyyət nəzərdən keçiriləcək.

İclasdan sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək, qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam