Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“RUSİYA OLMASAYDI...” –“Müharibə nə zaman qurtaracaqdı və harada qurtaracaqdı?...”

“Doğrudan da bizdə atəşkəs başlayandan və müharibə dayandırılandan sonra böhran yaranmışdı. Rusiya sağolsun...”

Yenixeber.org: Bunu Ermənistan Prezidenti Armen Sarkisyan Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Ermənistan Prezidenti bildirib ki, müharibədən sonra Nikol Paşinyanı növbədənkənar seçkiyə getməyin vacib olduğuna inandıra bilib və bu qərarın verilməsində onun xüsusi rolu olub. Məhz bundan sonra küçələrdəki qarşıdurma parlamentə daşınıb.

Daha sonra 44 günlük müharibə, eləcə də ondan əvvəl və sonra Rusiyanın Ermənistan üçün göstərdiyi xidmətlərdən gen-bol danışan Sarkisyan bildirib ki, Rusiyanın müdaxiləsi olmasaydı, Ermənistan adlı dövlət yer üzündən silinəcəkdi: “Birincisi, çətin sualdır ki, əgər bu əməkdaşlıq (Rusiya ilə Ermənistan arasında-red.) olmasaydı, Ermənistan mövcud olardımı, ya yox? İkincisi, bu münasibətlər o qədər dərindir ki, onları müzakirə etmək belə mənasızdır... Sonuncu müharibə - Rusiya olmasaydı, bizim gələcəyimiz, dövlətimizin gələcəyi necə olardı? Yəni, detallar məlumdur. Rusiya olmasaydı, müharibə nə zaman qurtaracaqdı və harada qurtaracaqdı?...” 

Bu dediklərində sözsüz ki, Sarkisyan haqlıdır. Doğrudan da Ermənistanı Azərbaycanın əlindən məhz Rusiya aldı. Ancaq nə olsun? Bunun ermənilərin nankorluğuna və naşükürlüyünə heç bir təsiri olmadı. Yaxşı olardı ki, Rusiyaya minnətdarlıq və təzim edən Ermənistan Prezidentinin özü ermənilərin əsas havadarının və ağasının ünvanına tərif yağdırarkən, həmvətənlərinin İrəvan küçələrində Rusiyanı və Putini təhqir edən, aşağılayan şüarlar bağırmasını, Azərbaycandan fərqli olaraq, Ermənistanda rusların və rus dilinin yaşamasına dözümsüzlük göstərilməsini də qeyd edəydi...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam