Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ “yumşaldı”, "F-35"-lərin əvəzinə "F-16" təklif edir –Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, Birləşmiş Ştatlar onun ölkəsinin "F-35" proqramına yatırımının qarşılığında "F-16" qırıcıları satmağı təklif edib.

Yenixeber.org: Xatırladaq ki, Türkiyə ABŞ-dan 40 “Lockheed Martin” istehsalı F-16 qırıcısı və mövcud hərbi təyyarələri üçün 80-ə yaxın modernizasiya dəsti istəyib. Qərbi Afrikaya səfərə yollanan Ərdoğanın jurnalistlərə dediyinə görə, Türkiyə "F-35" proqramına sərmayənin qarşılığını istəyir və bu məsələ üzrə danışıqlar gedir: “Biz "F-35"-lər üçün 1.4 milyard dollar ödəniş etmişik və ABŞ bu ödənişlərin əvəzində belə bir təklif irəli sürüb”.

Ərdoğan bununla bağlı ölkənin müdafiə ehtiyacları üçün gərəkən addımlar atmağa hazır olduqlarını dilə gətirib. O, yeni "F-16" qırıcılarının ölkənin hava donanmasını inkişaf etdirəcəyini söyləyib.

Onu da xatırladaq ki, Ankara “Lockheed Martin Corp.” istehsalı olan 100-dən çox "F-35" qırıcısı sifariş etmişdi. Ancaq 2019-cu ildə Rusiyadan S-400 havadan müdafiə sistemləri alandan sonra ABŞ Ankaranı bu proqramdan çıxardı.

Ərdoğan Bayden administrasiyasına təzyiq göstərirdi ki, ya ordusu üçün hazırlanmış iki "F-35"-i versin, ya da 1.4 milyard dolları qaytarsın.

Türkiyənin 200-dən çox "F-16" qırıcısının istismar müddəti 2035-ci ilədək bitir. 100-ə yaxın təyyarəyə yenilənmə lazımdır.

Son beş ildə bu iki NATO müttəfiqinin münasibətləri Suriya siyasəti, Ankaranın Moskva ilə yaxınlaşması, Aralıq dənizinin şərqində donanma ambisiyaları, Türkiyənin dövlətə məxsus bankına ABŞ-ın ittihamları, Türkiyədə insan haqlarının pozulması səbəbindən gərginləşib.

Ankaranın S-400 sistemləri alması ABŞ-ın sanksiyalarına səbəb olub. 2020-ci ilin dekabrında Vaşinqton Türkiyənin Müdafiə Sənayesi Direktorluğunu və onun başçısı İsmayıl Demiri, üç işçisi ilə birlikdə qara siyahıya salıb.

O vaxtdan ABŞ Türkiyəni dəfələrlə Rusiyadan silah almasıyla bağlı xəbərdarlıq edib. Ərdoğan isə Rusiyadan S-400-lərin ikinci partiyasının alınmasına ehtiyac olduğunu vurğulayıb. Bu addım Vaşinqtonla gərginliyi dərinləşdirə bilər.

Qırıcı təyyarə məsələsinə baxacaq ABŞ Konqresinin Türkiyəyə münasibəti isti deyil. Hər iki partiya Bayden administrasiyasının Ankaraya əlavə təzyiq göstərməsinə çalışır. Ankara isə Bayden dönəmində daha yaxşı əlaqələrin qurulacağına ümid edir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam