Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ERMƏNİLƏR ARTIQ SİYASİ VARLIQ DEYİL...” –Sarqsyanın müavini Ermənistanı dövlət, ermənilərisə millət saymır

44 günlük müharibədəki acınacaqlı məğlubiyyətin Ermənistan cəmiyyətində yaratdığı şok, müharibənin bitməsindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də özünü biruzə verməkdədir. Müharibə zamanı ordudakı kütləvi fərarilikdən tutmuş dövlət, ordu və cəmiyyət olaraq ermənilərin öz barələrində indiyə qədər yaratdıqları miflərin puç çıxması faktına qədər bir çox amillər böyük xəyal qırıqlığı yaradaraq, erməniləri acı reallıqla üz-üzə qoyub.

Yenixeber.org: Artıq iş o yerə çatıb ki, bir çox erməni siyasi fiqurlar, tanınmış ictimai xadimlər və s. öz millətini və dövlətini təhqir edəcək həddə çatıblar. Onların sırasında xüsusilə də son seçkidə uduzan müxalif siyasi qüvvələrin təmsilçiləri daha böyük üstünlük təşkil edirlər.

Ermənistanın sabiq Prezidenti Serj Sarqsyanın yaxın adamlarından biri, onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın “feysbuk”dakı son paylaşımı böyük səs-küyə səbəb olub. Siyasətçi sözün əsl mənasında erməni dövlətini və millətini təhqir edərək, erməniləri xalq, millət yox, populyasiya, yəni bir növ insan sürüsü adlandırıb: “Danılmaz faktdır ki, artıq bizim dövlətimiz yoxdur. Ermənistan üzv ölkələr siyahısında hardasa Argentina ilə Avstraliya arasında yalnız əlifba nişanı, ritual detal, siyasi anlaşılmazlıqdır.

Bizim artıq dövlətimiz yoxdur, özü də təkcə kapitulyantın günahından yox. Səbəb daha dərindədir. Dövlətləri millətlər yaradır. Bizdə artıq Ermənistan Respublikası yoxdur, çünki bizdə erməni milləti yoxdur. 29 min kvadrat kilometrlik ərazidə millət əvəzinə erməni əhalisi, bioloji populyasiya yaşayır. Populyasiyaların isə dövləti ola bilməz, ən yaxşı halda arealı (sahəsi) olar. Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, sadəcə, etnoqrafik altnövdürlər, hansı ki, bu templərlə tezliklə “Qırmızı kitab”a düşəcəklər. Dövlətsə ona görə yoxdur ki, onu yaradan xalq sadəcə, yoxa çıxıb.”(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam