Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SSRİ ABŞ-ı 5 il saxta silahla qorxudub: -Uça bilməyən "Dal" raketi

SSRİ ABŞ-ı 5 il saxta silahla qorxudub:   Uça bilməyən "Dal" raketi
Rusiya mediası SSRİ-nin ABŞ-ı hərbi hiylə ilə aldatmasından yazıb. 
Yenixeber.org: Məqalədə "Soyuq müharibə" dövründə Sovet imperiyasının Vaşinqtona müasir, təhlükəli raketə malik olmasını göstərdiyi xatırladılır.
Əslində isə həmin raket hətta uça bilmirmiş, nəinki ciddi təhlükə törətmək qabiliyyətinə malik ola. Beləcə SSRİ rəsmiləri yeni raketə malik olduqlarını iddia edərək ABŞ-ı düz beş il qorxu içində saxlayıb.

Bununla bağlı danışan hərbi ekspert Yuri Knutov deyib ki, okeanın o tayında bu tarixi yalana həqiqətən də inanıblarmış.



- Söhbət müasir S-400-ün sələfi olan "Dal" kompleksindən gedir. Ancaq o heç vaxt silahlanmaya verilmədi. Eyni zamanda, kompleksin yanında döyüş növbətçiliyi imitasiyası yaradıldı və raket Qırmızı meydandakı paradlarda də nümayiş etdirildi. Sözügedən raketin təkcə düşmən təyyarələrini deyil, böyük raketləri də məhv edə biləcəyi iddia edilirdi.

Knutov onu da vurğulayıb ki, ABŞ bu yalana, ölkəsinə yeni təhlükənin olduğuna inananaraq belə bir arsenala qarşı çıxa biləcək silahlar yaratmaq üçün milyardlarla dollar ayırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam