Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xamenei Azərbayanı təhdid edir -İran əndazəni aşdı/VİDEO

Xamenei Azərbayanı təhdid edir - İran əndazəni aşdı/VİDEO
Xamenei Azərbayanı açıq şəkildə təhdid edir.

Yenixeber.org: İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən Xamenei deyir:


- İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yollu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır;

Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, şimal-qərbdə qonşu ölkə Azərbaycandır və “xarici güclər” də Türkiyə və İsraildir: İsrailin bölgədə mövudluğu Tehranın iddia etdiyi formada deyil, Türkiyənin bölgədə mövudluğuna qarşı çıxırlar və bunu “sionist” iddiası ilə etməklə inanclı kəsimi də səfərbər etməyi planlaşdırırlar;

Xamenei ardınca “cəza” mesajını verir:

- Başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər, yaxında sillə yeyərək, cəzalarını görəcəklər;
- Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək;

İranın dini rəhbərinin bu mesajının Bakıya ünvanlandığı bəllidir və açıq-açıq təhdid edir. “Qardaş” sözləri də Azərbaycanın inanclı kəsiminə ünvanlanıb.

Baş verənlərə Xameneinin reaksiya verməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı total hücum daha da genişlənəcək: bu, sərhədlə yanaşı, daxildə də təhlükəsizliyə təhdidlər yaranacağı gözləntisini artırır;

İranın “bölgədə sionist” iddiasına paralel olaraq, “bölgədə İŞİD terrorçuları var” iddiasını yenidən gündəmə gətirməsi təhdid riskini daha da artırır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam