Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baydenlə Merkel “Vaşinqton Bəyannaməsi” imzalayıb-ÖHDƏLİK

Baydenlə Merkel “Vaşinqton Bəyannaməsi” imzalayıb

Vaşinqton və Berlin “açıq dünya”nı müdafiə etməyi öhdələrinə götürürlər 

Yenixeber.org: İyulun 15-də ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Angela Merkelin görüşü “Vaşinqton Bəyannaməsi”nin imzalanması ilə başa çatıb. 

Bəyannamənin mətnini Ağ Ev yayımlayıb.

 

“Münasibətlərimizin əsası demokratik prinsiplərə, dəyərlərə və institutlara ümumi sadiqlikdir”, - bəyannamədə deyilir.

 

Vaşinqton və Berlin “açıq dünya”nı müdafiə etməyi öhdələrinə götürürlər.

 

“Bütün dünyada bütün millətlər öz siyasi quruluşlarını müəyyənləşdirməklə xarici müdaxilədən, məcburiyyətdən və ya xarici dövlətlərin dominantlığından azad olmalıdırlar”, - ABŞ və Almaniya bəyan edirlər.

 

Onlar, həmçinin bütöv, azad və dinc Avropa uğrunda mübarizə aparmağı, NATO-nu dəstəkləməyi və mövcud ittifaq və tərəfdaşlıqları inkişaf etdirməyi vəd edirlər. Bəyannamədə yeni texnologiyalara dair qaydalar, normalar və standartların dəstəklənməsindən də danışılır. Berlin və Vaşinqtonun fikrincə, bu texnologiyalar repressiyaları deyil, azadlığı dəstəkləməlidir.

 

Bundan başqa, ölkələr istixana qazı tullantılarının daha da azaldılmasına yönəlmiş iqlim və enerji tərəfdaşlığının işə salındığını bəyan ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam