Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya Ermənistanın dövlət kimi qalması üçün hər şeyi etdi" -Satanovski

"Rusiya Ermənistanın dövlət kimi qalması üçün hər şeyi etdi"-   Satanovski
Rusiyalı politoloq, "Yaxın Şərq İnstitutu"nun rəhbəri Yevgeni Satanovski Ermənistandakı siyasi böhranı şərh edib.
Yenixeber.org: Erməni mətbuatına müsahibə verən rusiyalı mütəxəssis bir sıra maraqlı fikirlər səsləndirib. O, seçkilər zamanı İrəvanda çətin situasiyanın yaranmasını xatırladıb, Ermənistan daxilindəki durumu isə bu ölkənin ətrafında olan geosiyasi vəziyyətlə bağlayıb:

"Ermənistanın başına gələn hər şey Rusiyadan deyil, bu ölkənin özündən və xalqdan asılıdır. Rusiya Ermənistanın dövlət kimi qalması üçün hər şeyi etdi. Və mühakimə edə biləcəyim qədər Rusiya maddi və digər fəaliyyətinə hələ də sadiqdir. Ölkəmizdə bir çox insan deyir ki, buna nə ehtiyacımız var? Axı niyə biz Rusiya imperiyası və Sovet İttifaqının siyasətlərinə görə cavabdeh olmağa davam etməliyik? Bundan əlavə, deyirlər ki, baxın, nefti , çoxlu pulu olan Azərbaycan var. Maddi cəhətdən Moskvaya bağlı olan Türkiyəyə də baxın. Bu vəziyyətdə verilən suallara cavab yoxdur. Rusiyadan başqa heç kim Ermənistan üçün bu qədər iş görməyib".

Satanovski Paşinyanın İkinci Qarabağ müharibəsindən sonra da Qərbə meyllənməsini anormal hal sayıb. O, Qərbdə İrəvana əhəmiyyət verilmədiyini önə çəkib:

"Ermənistan bir dövlət olaraq necə olacaq? Heç kim bu ölkəylə maraqlanmır. Əslində o, Türkiyə və Azərbaycandan fərqli olaraq, geopolitik maraq kəsb etmir. Ermənistan indiyə qədər mütləq səriştəsizliyini göstərdi".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam