Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya nə yolla olur olsun, Köçəryanı baş nazir kürsüsündə oturtmaq istəyirdi”

 

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticəsinə görə, Robert Köçəryanın “Ermənistan” bloku  21,04 faiz səslə ikinci pillədə qərarlaşıb. Qalib isə 53,92 faiz səslə Nikol Paşinyan olub. Lakin ötən gün hansı qurum tərəfindən keçirildiyi bilinməyən Rusiya ekzitpol nəticələrində Köçəryanın 41 faiz səslə seçkini qazandığı iddia edilmişdi.

Yenixeber.org: Maraqlıdır, ekzitpol keçirənlərin Köçəryanı qalib kimi təqdim etmə səbəbi nə idi?

Mövzu barədə “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, Rusiya nə yolla olur olsun, Köçəryanı Baş nazir kürsüsündə oturtmaq istəyirdi:

“Yalançı ekzitpollar yayırdılar ki,  erməni cəmiyyətinə təsir etsinlər və məntəqələr bitməmiş Köçəryana səs verilsin. Amma niyyətləri baş tutmadı. 

Qərb bu seçkinin nəticəsini tanıyacaq, Rusiya da inkar edə bilməyəcək. Nəticədə Köçəryanın da seçki nəticəsini tanımaqdan başqa alternativi qalmayacaq”.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam