Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Euronews” -Azərbaycan-Ermənistan münaqişəsi Gürcüstanda sabitliyin möhkəmləndirilməsini zəruri etdi

“Euronews”: Azərbaycan-Ermənistan münaqişəsi Gürcüstanda sabitliyin möhkəmləndirilməsini zəruri etdi

“2020-ci ilin payızında Ermənistan və Azərbaycan arasında bərpa olunan münaqişəyə görə bölgədəki sabitlik təhlükə ilə üzləşdiyindən Gürcüstanda demokratiya və sabitliyin möhkəmləndirilməsi zəruri oldu”.

Yenixeber.org: Bu fikirlər Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Gürcüstan prezidenti Salome Zurabişvilinin “Euronews” saytında dərc olunan bigə məqaləsində yer alıb.

“Gürcüstanın gələcəyi Avropadır” (Georgia's future is European) başlıqlı yazıda bu ilin əvvəlində Gürcüstanda siyasi baxımdan çıxılmaz vəziyyətin yarandığı və gizli qütbləşmənin hakim və müxalifət partiyalarını bir-birinə qarşı qoyduğu qeyd olunub.

“Gürcüstan prezidentinin tam dəstəyi ilə Avropa Şurası prezidenti siyasi dialoq üçün Aİ-nin vasitəçiliyini təklif etdi. Biz – Gürcüsan prezidenti və Avropa Şurasının prezidenti hakim və müxalifət partiyalarının sazişi razılaşdırması və imzalaması ilə bağlı böyük məmnuniyyətimizi ifadə etmək istərdik”, - məqalədə yazılıb.

Həmmüəlliflər siyasi böhranın aradan qaldırılmasını Gürcüstan, gürcü xalqı və Aİ üçün qələbə kimi qiymətləndiriblər.

Yazıda vurğulanıb ki, Aİ bölgədə sabit və qətiyyətli Avropameyilli tərəfdaşı olan Gürcüstana etibar edə bilər: “Regional mənzərənin dəyişdiyi dövrdə Gürcüstan Aİ üçün hər zamankından daha vacib önəm kəsb edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam