Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilərin Rusiyada yeni muxtariyyət tələbi –Şok bəyanat

Sosial şəbəkələrdə Rusiyadakı erməni diasporunun nümayəndəsi Norayr Qriqoryanın ermənilərin ideologiyası ilə bağlı dərc etdiyi paylaşım rezonans doğurub.

Yenixeber.org: Qriqoryan Feysbuk səhifəsində dərc etdiyi paylaşımda erməni xalqına müraciət edib:

“İndi bizim diasporumuzun əsas vəzifəsi paytaxtı Soçi və ya Adler şəhəri olan erməni muxtariyyətini əldə etməkdir. Bu ərazilər Ermənistanın tərkibinə daxil olacaq, sonradan isə Abxaziya da bizə birləşəcək. Abxaziya onsuz da demək olar ki, artıq bizimdir və bu “birləşmə” yalnız de-yure olacaq. Bundan sonra biz artıq “ana Ermənistan” ilə birləşmək üçün Gürcüstandan dəhliz tələb edəcəyik. Düzdür, bu torpaqlarda bir zamanlar çərkəzlərin yaşadığını heç kim ututmur. Amma ermənilər orada xeyli əvvəl yaşamışlar və bütün bu torpaqlar, eləcə də Dağıstan və Çeçenistan Böyük Ermənistanın tərkibində idi. Odur ki, biz sadəcə olaraq tarixi ədaləti bərpa edəcəyik. Rusiya diasporunda hər bir erməni bu məqsədə nail olmaq üçün çalışmalıdır”, – deyə Qriqoryan yazıb. (axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam