Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsədin “Əsəri” –FOTOLAR

 


Foto © “Bild” qəzetinin kağız versiyasından götürülüb

  Şəkildəki 6 yaşlı Hasna ötən həftə Suriyanın İdlib şəhərinə atılan bombadan sonra dağıntıların altından sağ çıxarılıb. 

Yenixeber.org: Hasnanın 4 yaşlı bacısı Elaph və iki yaşlı qardaşı Hasan dağıntılar altında qalaraq can veriblər. 

Suriyada hər gün onlarla uşaq atılan bombalar nəticəsində dağıntılar altında qalaraq can verir.  

Foto ©  “Bild” qəzetinin kağız versiyasından götürülüb
Foto © “Bild” qəzetinin kağız versiyasından götürülüb

6 yaşlı Hasnanın atası Abderrazak K. deyir ki, diktator Bəşər Əsəd üç uşaq atasıdır və onlar lüks və təhlükəsiz yaşayırlar: “İki uşağım Bəşər Əsədin qurbanı oldu. 6 yaşlı qızım ötən həftə dağıtıların altından sağ çıxarıldı. Hazırda xəstəxanadadır. 27 yaşım var. Evimiz yerlə-yeksən edilib. Ərzq sıxıntısı çəkirik. Plastik qabları toplayıb sataraq gündəlik yemək almağa çalışıram. Həyat yoldaşım xəstəxanadadır və uşaqlara mən baxmalıyam. Artıq onlardan ikisini torpağa tapşırdım”.

 Abderrazak deyir ki, dünya Suriyada uşaqların qətlə yetirilməsinə susur: “Başqa vaxt bir itin ölümünə görə ayağa qalxan, reaksiya verən dövlətlər Suriyada olanları görməzlikdən gəlirlər”.

İdlib Suriyanın böyük şəhərlərindən sayılır. Təxminən 2.5 milyon əhalisi var. Müharibəyə görə şəhərin 80-90 %-i boşalıb. İndiyə kimi Suriyada 560 000 nəfər qətlə yetirilib. Milyonlarla suriyalı ölkədən qaçaraq Avropa dövlətlərinə üz tutublar.(AzEuroNews.com) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam