Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Atəşkəsi qoruya bilməyən sülhməramlılar -VİDEO

Son günlər sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə ermənilərin atəşkəsi pozması deməyə əsas verir ki, Andrey Volkov (sülhməramlı kontingentin komandanı) üzərinə düşən vəzifəni icra edə bilmir.

Yenixeber.org: Maraqlısı odur ki, Volkovun xidməti dövründə atəşkəs hallarının pozulması sələflərinin dövrü ilə müqayisədə daha intensiv hal alıb. Belə olan halda isə təbii ki, Azərbaycanın haqlı olaraq sülhməramlılara etimadı azalır.

Atəşkəsin pozulmasında sülhməramlıları günahkar bilməyimiz əbəs yerə deyil. Çünki Vətən müharibəsində darmadağın olan, üstündən il yarım keçməsinə baxmayaraq hələ də iflic vəziyyətdə qalan başıpozuq silahlı qruplaşmanın buna cəsarəti çatmazdı. Görünür onların bu dırnaqarası hünəri məhz sülhməramlılardan qaynaqlanır.

Düşünülür ki, ya sülhməramlılar ermənilərin əlində yumşaq desək oyuncağa çevrilib, bir söz deyə bilmirlər, ya da qəsdən göz yumurlar. Bu isə onsuz da fəaliyyəti qənaətbəxş olmayan sülhməramlıların, uğursuz damğasının onlara necə yaraşdığını bir daha sübut edir. Volkov kimi sülhməramlı hərbçilərin fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında Rusiyanın gördüyü işlərə də kölgə salır.

Ətraflı Baku TV-nin süjetində:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam