Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

RTŞ Müdirini 3 dəfə Məğlub Edən Gənc Alim-Video

 
Ölkədə bəlkə də ən populyar Təhsil müdiri olan Astara RTŞ rəhbəri Rəşad Həsənovun macəraları, az qala seriala çevrilibdir.
Yenixeber.org: Vəzifəyə, sırf pullu və İcra hakiminə yaxın olduğu üçün gəldiyi deyilən və təhsilə yad adam olan Həsənov, Astara təhsilinə gəlməsi ilə, həm özünə, həm də rayona, həqiqi mənada "ekstrim" yaşatdı. Rayon sakinləri, birdən-birə şok qərarlara və ani hadisələrə şahidlik etməyə başladılar.
Əvvəl, məşhur müəllim Fuad Mehrəliyevin məsələsini "həll etməyi" məqsəd qoyan səriştəsiz müdir, onu, mümkün olan ən riskli üsullarla "məhv etdi". Daha sonra isə 6 saylı məktəbdən çıxarılan Yunis Dürüst ləqəbli gənc alimin "torbasını tikən" Rəşad həzrətləri, cəsarətlənərək, inanılmaz qanunsuzluqlara əl atdı.
Amma və lakin... o, hardan biləydi ki, artıq indi başqa dövrdür və sosial media, internet əsrində, bütün bu oyunlar, yerli bir məmur üçün bumeranq effekinə səbəb ola bilərdi.
Və belə edə oldu: Yunis Dürüstün rəhbərliyi ilə "Gənc Alimlər" təşkilatı, məsələləri ciddi nəzarətə götürdü. Nəticədə, sözügedən hər iki şəxs, işə qaytarıldı, üstəlik də Həsənov 2 direktoru qurban verməli oldu və ciddi şəkildə ölkədə biabır oldu.
İş, hətta o yerə çatdı ki, 2021-ci ilin sentyabrında İctimai Tv, Həsənovu hədəfə alan sujet hazırladı və faktiki olaraq, onu "vurdu".
2021-ci ilin dekabrın 10-da isə lap dramatik olay baş verdi: Həsənov, qandallanaraq, iş yerindən aparıldı! Deyilənə görə, həbsdən qurtulması üçün olduqca ağır bədəl ödəyərək, təhlükədən indilik uzaqlaşdı. Lakin, şübbhəsiz ki, artıq Rəşad Həsənovun təhsildəki macəraları, bitmək üzrədir..
Daha bir ağılsız və avanturist məmurun aqibəti, beləcə faciəli bitməkdədir.
İşin bu yerə gəlməsində sözsüz ki, gənc alim Yunis Dürüstün rəhbərliyi ilə "Gənc Alimlər" ciddi rol oynadılar.
Bu barədə hazırladığımız sujeti təqdim edirik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam