Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Goranboyda icra başçısı sakinlərin suyunu kəsib? –VİDEO + AÇIQLAMA

Sosial şəbəkələrdə Goranboy rayonunun Qaradağlı kəndində sakinlərə verilən təsərrüfat suyununun kəsilməsini əks etdirən kadrlar yayılıb.
Yenixeber.org: Kadrları lentə alan şəxs suyun qarşısının kəsilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısına məxsus təsərrüfatlara axıdıldığını bildirib və bu prosesin 10 gündür davam etdiyini deyib. Görüntülərdə bir qrup sakinin başqa istiqamətdə axan suyun qarşsını kəsməyə çalışdığı müşahidə olunur.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən bildirildi ki, icra başçısına məxsus heç bir təsərrüfat mövcud deyil:

“Goranboy Rayon İcra Hakimiyyətinin başçısına məxsus heç bir biznes və təsərrüfat mövcud deyil. Sakinlər ola bilsin ki, haqlıdırlar. Belə ki, onlara verilən su həqiqətən də başqaları tərəfinən kəsilmiş ola bilər. Bununla bağlı müvafiq araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam