Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Patron" tumları rəhbərinin polisə xəsarət yetirən qardaşı azadlıqdadır - ETİRAZ

Ötən il xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən fəaliyyət göstərən iki stasionar postda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və xidməti vəzifəsini həyata keçirən zaman polis əməkdaşını avtomobillə vurub ona bədən xəsarəti yetirən sürücü azadlıqdadır.
Yenixeber.org: Bu məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, həmin adam “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini Elşad Məmmədovdur: “Elşad Məmmədov Hacıqabul ərazisində xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən fəaliyyət göstərən iki stasionar postda yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdu. Üstəlik, xidməti vəzifəsini həyata keçirən zaman polis əməkdaşını avtomobillə vurub ona bədən xəsarəti yetirmişdi. İndi necə olub azadlığa çıxıb? Bu əməli bir başqası törətmiş olsaydı yəqin ki, "içəridə" idi”.

Qeyd edək ki, bu hadisə haqda ötən il rəsmi məlumat yayılmışdı. Bildirilirdi ki, “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsini daşıyan 1984-cü il təvəllüdlü Məmmədov Elşad Malik oğlu idarə etdiyi “Mercedes” markalı, 10-00-018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının “saxla” əmrinə tabe olmadan öz hərəkətini davam etdirib, bundan əlavə, həmin magistralın 113-cü kilometrliyindəki stasionar postda xidmət aparan digər polis əməkdaşlarının da “saxla” əmrinə məhəl qoymayıb və posta daxil olaraq xidməti vəzifəsini yerinə yetirən Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdı. Araşdırmalarla həmçinin, avtomobildə olan sərnişinlər - Natiq Hüseynzadə və Anar Fətəliyev tərəfindən də xüsusi karantin rejiminin tələblərinin kobud pozuntusu halları müəyyən edilmişdi.

Onu da qeyd edək ki, E.Məmmədov “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini olmaqla yanaşı, həm də MMC-nin direktoru Rəşad Məmmədovun qardaşıdır. Onun törətdiyi əmələ görə hansı cəza alması, azadlıqda olmasının səbəbləri ilə bağlı məlumatı qeyri-iş günü olduğu üçün ala bilmədik. Bizi izləyin.(afn.az)

 


"Patron" tumları rəhbərinin polisə xəsarət yetirən qardaşı azadlıqdadır -

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam