Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Xocalı” klubunun prezidenti:“Uşaqlar ağlayaraq, enerji içkisi istəyiblər”

 

“Xocalı” uşaq futbol komandasının rəhbərliyinin azyaşlı uşaqlara məşqlərdə enerji içkiləri verdiyini xəbər vermişdik.

Yenixeber.org: Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na görə, 18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı qadağandır. Klubun qanuna məhəl qoymaraq, məşqlərdə azyaşlı uşaqlara istifadəsi qadağan edilən enerji içkisi verməsi narazılıqlara səbəb olub. Məsələ ilə bağlı “Xocalı” klubunun prezidenti İlkin Hacıyevlə əlaqə saxladıq. Hacıyev, komanda.az-a açıqlamasında, enerji içkisinin uşaqlara klub tərəfindən deyil, uşaqların valideynləri tərəfindən verildiyini bildirib:

“Bizim üçün hər zaman klubun adı daha önəmli olub. Əsas məqsədimiz uşaq futbolunun kütləviliyini artırmaq və “Xocalı” adını beynəlxalq arenada tanıtmaqdır. “Xocalı” klubuna nə qədər şirkətlərdən əməkdaşlıq təklif edilsə də, bundan imtina etmişik. Çünki klubun adı bizim üçün çox önəmli olub.

Klub olaraq heç bir enerji içkisi şirkəti ilə əlaqəmiz yoxdur və ola da bilməz. Sadəcə, orda uşaqlar ağlayaraq, enerji içkisi istəyiblər. Hər uşağın valideyni yanında olub və onlar alıblar. Valideynlər tərəfindən atılan addım olub və bu bilməyərəkdən paylaşılıb. Məsələdən xəbər tutan kimi dərhal postu sildirmişəm. Burda anlaşılmazlıq olub. “Xocalı” klubu olaraq futbolçuların sağlamlıqları bizim üçün daha önəmlidir.

Mənim üçün maraqlıdır ki, niyə bizim uğurlarımız olanda heç kim bizimlə maraqlanmır? Hansısa xırda səhv olan kimi qınaq obyektinə çevrilirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam