Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Özbək ulduzlar - Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Bakıda

Müstəqillik tarixində ilk dəfə olaraq Özbək ulduzlar Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanda konsert proqramı ilə çıxış edəcəklər.

Yenixeber.org: Cari ilin 22, 23 noyabr tarixlərində Heydər Əliyev Sarayında Özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın Əməkdar artistləri, "Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.

"Özbəkistandan sevgilərlə” adlı konsert proqramının "Özbəkistandan qonaqları Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, tanınmış meyxanaçı Tərlan Novxanı olacaqdır. Konsert proqramına Özbəkistanın "First Art Media” və "ARTEL” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcəkdir.

Qeyd edək ki, müstəqillik tarixində Özbək müğənnilərinin Azərbaycanın ən aparıcı konsert sarayında çıxışı ilk dəfədir ki, təşkil olunur və konsert proqramına böyük maraq olması gözlənilir.

Soykökü, dini, mədəniyyəti, adət və ənələri eyni olan xalqlarımız üçün bugünlərdə daha bir əlamətdar hadisə baş verdi.

Qardaş Özbəkistan Türk Əməkdaşlıq Şurasına üzv olmaq üçün rəsmi müraciət etdi.

Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan musiqisevərlərinə müraciət edərək onlarla qeyd olunan tarixdə Heydər Əliyev Sarayında görüşməyi səbirsizliklə gözlədiyini bildirib. Yulduz Turdiyeva Azərbaycan səhnəsinin onlar üçün mühüm və doğma olduğunu qeyd edərək, məhz Bakıda Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanmasının onun karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Yulduz Turdiyeva muğamla yanaşı, estrada janrına üstünlük verir və son zamanlar onun Özbəkistan səhnəsində çıxışı olduqca anşlaqla keçir.

Özbəkistanın gənc estrada ulduzu, istedadlı artist Uluqbek Raxmatullayev Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində uğurla çıxış etdiyini, qardaş Azərbaycan səhnəsinin daha doğma və onun üçün mühüm olduğunu qeyd edib. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu söyləyən gənc estrada ulduzu Bakı səhnəsini səbirsizliklə gözlədiyini vurğulayıb.

Qardaş ölkənin hər iki ulduzu Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanlı izləyicilərini, pərəstişkarlarını konsert proqramına dəvət etmişlər.(artkaspi.az)

Musavat.com bildirir ki, biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam