Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir qəbul keçirib- Lənkəranda

Nazir Lənkəranda qəbul keçirib
Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib. 
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, Lənkərandan qəbulda iştirak edən vətəndaşlar tərəfindən respublika üzrə mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında əlaqələrin inkişafı üçün portalın yaradılması, şəhərdə Xoreoqrafiya məktəbinin açılması, Uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, cənub bölgəsi mətbəxinin ləziz nümunəsi olan ləvənginin hazırlanması ənənəsinin UNESCO-nun qeyri-maddi irs siyahısına təqdim edilməsi, “Nənələr” folklor kollektivinə xalq kollektivi adının verilməsi və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar. 

Astara rayonundan qəbula yazılan vətəndaşların müraciətləri rayon ərazisində yerləşən tarixi abidələrin mühafizə zonalarının dəqiqləşdirilməsi, rayon MKS-ə böyük şair İmadəddin Nəsiminin adının verilməsi, mədəniyyət müəssisələrində çalışan işçilərin mərkəzləşdirilmiş qaydada attestasiyasının keçirilməsi, mədəniyyət işçilərinin fəxri adlara təqdimatı barədə olub. 


Lerik sakinləri ölkə üzrə uzunömürlülər haqqında məlumat bazasının yaradılması, bölgənin uzunömürlü sakinləri haqqında filmin çəkilməsi, rayondakı Heydər Əliyev Mərkəzinə İmadəddin Nəsiminin yeni nəşr olunmuş kitablarının verilməsi, rayon ərazisində olan qədim kəhrizlərin dövlət tərəfindən qorunan abidələr siyahısına salınması, Buzeyir mağarasına gedən yolun təmir olunmasına köməklik göstərilməsi və işlə təmin olunma barədə müraciət ediblər. 

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam