Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Eurovision”-da müxalifətə qarşı mahnı? –Təşkilatçılar Belarusa müraciət etdi

“Eurovision” mahnı yarışının təşkilatçıları Belarusdan Rotterdamda keçiriləcək müsabiqəyə təqdim olunmuş mahnını dəyişməyi rica edib.

Yenixeber.org: “Eurovision” təşkilatçılarının Belarusun “Belteleradio” dövlət şirkətinə müraciətində deyilir ki, ölkənin müsabiqəyə təqdim etdiyi mahnı yarışın qeyri-siyasi məzmun prinsipini pozur. Söhbət “Qalası 3Mesta” qrupunun “Mən səni öyrədərəm” adlı mahnısından gedir.

Mahnının nəqaratında deyilir: "Mən səni tütək səsinə oynamağı öyrədərəm. Mən sənə simlərin üstündə gəzməyi öyrədərəm. Sən hər şeydən razı qalacaqsan və şad olacaqsan...Bu sənin özünçün də yaxşıdır”.

Dünya mediası yazır ki, bir çoxları bu mahnıda siyasi məna görüblər və tənqidçilər düşünürlər ki, mətn prezident Aleksandr Lukaşenkoya qarşı kütləvi aksiyalarda iştirak edənlərə ünvanlanıb.

Rusiyanın “İnterfax” agentliyi yazır ki, “Qalası 3Mesta” qrupu bundan əvvəl də Belarus müxalifətinin nümayəndələri Svetlana Tixanovskaya, Pavel Latuşko və Mariya Kolesnikova barəsində satirik kliplər hazırlayıb. Belə bir qrupun Belarusdan necə təqdim olunduğu məlum deyil. “Qalası 3Mesta” qrupunun başçısı Dmitri Butakov “Eurovision” təşkilatçılarının müraciətinə münasibət bildirib.

O RIA Novosti agentliyinə deyib ki, onun kollektivi “Eurovision 2021” yarışında iştirakdan ümumiyyətlə imtina edə bilər. Butakov deyib ki, mahnının sözlərini dəyişmək niyyətində deyil.

Ötən il koronavirus pandemiyasına görə ləğv edilmiş “Eurovision” mahnı müsabiqəsi bu il mayın 18-dən 22-dək Rotterdam şəhərində keçiriləcək. Yarışda 41 ölkənin iştirakı nəzərdə tutulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam