Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çin Ermənistanla Hərbi Əməkdaşlığa Niyə Maraq Göstərir? -ANALİZ

Виген Саркисян и Чань Ваньюань - Sputnik Azərbaycan

Yenixeber.org: Çinin Ermənistandakı hərbi attaşesi An Tyan avqustun 17-də İrəvanda jurnalistlərin suallarına cavab verərkən iki ölkə arasındakı hərbi əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıb. Hərbi attaşe eyni zamanda hərbi texnologiyalar sahəsində əməkdaşlıq imkanlarının da mövcud olduğunu bildirib. Hərbi attaşe bu haqda danışarkən maraqlı cümlə də işlədib: “Birgə əməkdaşlıq sayəsində sülhə nail olacağıq”.

Görəsən hərbi attaşe hansı sülhü nəzərdə tutub? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmayana qədər İrəvanın hansı böyük dövlətlə  əməkdaşlıq etməsinə baxmayaraq, sülhə nail olmaq mümkün deyil.

Çinli hərbi attaşe Ermənistanın ünvana başqa təriflər də söyləyib: “Ermənistan və Çin mədəniyyət və tarix sahəsində ortaq nöqtələrə malikdirlər, hər iki dövlət müxtəlif çətinliklərdən keçiblər. İki ölkə arasında əməkdaşlığı gücləndirməyə ehtiyac var”. Maraqlıdır ki, Çin Müdafiə Nazirliyi tərkibində fəaliyyət göstərən Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri bugünlərdə Ermənistana səfər etmiş, İrəvanda hərbi əməkdaşlığın inkişafı yolları müzakirə etmişdi. Pekin erməni hərbçilərin Çində təhsil almalarına da maraq göstərir.

Çini Ermənistanla hərbi əməkdaşlığa iki amil sövq edə bilər.

Birincisi, Çin Rusiyanın hərbi müttəfiqləriylə sıx əlaqələrə malik olmaq istəyir. Misal üçün Çinin müdafiə naziri bugünlərdə Rusiyanın iki əsas müttəfiqi sayılan – İrana və Belarusa səfər edib. O, əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparıb. Pekin eyni məntiqlə Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanla da hərbi sahədə əməkdaşlığı genişləndirmək istəyir. Pekin bu yolla Ermənistanı həm də Qərbdən uzaq tutmağa çalışır.

İkincisi, Pekin Ermənistan-Hindistan yaxınlaşmasından və hərbi əməkdaşlığından narahatdır. Pekin Hindistanın bölgədə istənilən fəallığını diqqətlə izləyir və bunun qarşısını almaq yollarını araşdırır.

Pekin bu iki amildən çıxış edərək Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək istəyirsə, bunun Azərbaycanda mənfi qarşılacağını da anlamalıdır. İyulun 24-də Bakıda Çin ordusunun yaradılmasına 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Həmin tədbirdə çıxış edən Çinin Azərbaycandakı hərbi attaşesi Van Ley daim dəyişən dünyada iki ölkənin silahlı qüvvələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinin köklü maraqlara cavab verdiyini söyləmişdi. Ancaq dəyişən Cənubi Qafqazda Ermənistanla hərbi əməkdaşlığı genişləndirməyə maraq göstərən dövlətin Azərbaycanla dərin əlaqələr qurması problematikdir.

"Atlas" Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam